CƏMİYYƏT


Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib

Yaz mövsümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aprelin 20-də paytaxtda növbəti ümumşəhər iməcliyi və ağacəkmə aksiyası keçirilib.
Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarından əsas küçə və prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını aparıb, xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulmasını həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb.