• Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, görüşdə “Petersberq İqlim Dialoqu”nun əhəmiyyəti və Prezident İlham Əliyevin bu tədbirdə çıxışı qeyd olundu. Dövlətimizin başçısı tədbirə dəvətə görə təşəkkürünü bildirdi.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, Sultan Əhməd Əl-Cabir Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın salamlarını Prezident İlham Əliyevə çatdırdı. Dövlətimizin başçısı salamlara görə təşəkkürünü bildirdi, onun da salamlarını BƏƏ Prezidentinə çatdırmağı xahiş etdi.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, Annalena Berbok “Petersberq İqlim Dialoqu” çərçivəsində aparılmış müzakirələrin vacibliyini və Prezident İlham Əliyevin bu əsnada çıxışını qeyd etdi. O, COP29-la əlaqədar Almaniya ilə Azərbaycanın müvafiq heyətləri arasında sıx əməkdaşlığın olduğunu və mütəmadi əsasda məsləhətləşmələrin aparıldığını müsbət hal kimi qiymətləndirdi. Almaniyanın Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün bundan sonra da səylərini davam etdirəcəyini dedi.
  • Prezident İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüşü baş tutub. Dövlət başçısının daha sonra Almaniyanın xarici işlər naziri Annalena Berbok və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə ayrı-ayrılıqda görüşü keçirilib.