DÜNYA


Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb

Aprelin 19-na keçən gecə Rusiya silahlı qüvvələri Ukraynanın Dnepropetrovsk vilayətinə raket zərbəsi endirib. Hücum nəticəsində mülki binalar dağılıb, ölənlər və xəsarət alanlar var.
AZƏRTAC xəbər verir ki, Dnepropetrovsk vilayəti Hərbi Administrasiyasının məlumatına görə, Rusiyanın raket hücumu nəticəsində ikisi azyaşlı uşaq olmaqla 8 nəfər ölüb, 25-i yaralanıb. Hava hücumundan müdafiə qüvvələri 16 raketdən 11-ni və 10 “Şahed” kamikadze dronundan 9-nu məhv edə bilib.