MƏDƏNİYYƏT


"Neftçilər" stansiyası haqqında bilinməyənlər

Bu gün haqqında danışacağımız stansiya 1970-ci illərdə açılan sonuncu stansiyadır. "Neftçilər" stansiyası 1989-cu ilə qədər Bakının sənayə rayonlarını birləşdirən qovşaq rolunu oynayıb. Stansiyanın adı məhşur Bakı neftçilərinin şərəfinə qoyulub. Bura 2016-cı ildə təmir olunarkən keçid tunellərində neftçilərin əməyini, Bakı neftinin tarixdə rolu, müstəqil Azərbaycanın neft starategiyasını və Ümummilli Lider Heydər Əliyevin bu peşə sahiblərinə verdiyi tarixi qiyməti əks etdirən pannolar yerləşdirilib. Bir məqamı da diqqətinizə çatdırım ki, Ulu Öndər Heydər Əliyev "Neftçilər" stansiyasının açılışında iştirak edib.