• Azərbaycan milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü tamam olur. Bu əlamətdar tarix öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılmasından götürüb. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1997-ci il 23 mart tarixli Sərəncamına əsasən, hər il martın 28-i təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.
  • Martın 27-də Ceyranbatan qəsəbəsindəki qəbiristanlıqda Xocalı rayonu ərazində aşkarlanmış məzarlıqdan qalıqları tapılmış, Xocalı soyqırımı zamanı itkin düşmüş şəxslərdən Akif Seydulla oğlu Mahmudovun dəfn mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, mərasimdə Xocalı və Abşeron Rayon İcra hakimiyyətlərinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı Rayon Bölməsinin rəhbərliyi, şəhidin ailə üzvləri, qohumları, Xocalı rayon sakinləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
  • Azərbaycan tərəfi dəfələrlə Avropa İttifaqının, xüsusilə də onun bəzi üzv dövlətlərinin regionumuza münasibətdə müəyyən yanaşmaları və fəaliyyətləri ilə bağlı öz mövqeyini açıq şəkildə ifadə edib. Bir faktdır ki, Azərbaycan ümumilikdə 44 günlük Vətən Müharibəsindən sonra postmünaqişə mərhələsində Azərbaycan-Ermənistan arasında sülh prosesinin əsas təşəbbüskarı olan tərəfdir. Bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə aprelin 5-i Brüsseldə keçiriləcək Aİ-Ermənistan-ABŞ müştərək konfransı ilə bağlı açıqlamasında deyib.
  • Bu gün haqqında danışacağımız stansiya 1970-ci illərdə açılan sonuncu stansiyadır. "Neftçilər" stansiyası 1989-cu ilə qədər Bakının sənayə rayonlarını birləşdirən qovşaq rolunu oynayıb. Stansiyanın adı məhşur Bakı neftçilərinin şərəfinə qoyulub. Bura 2016-cı ildə təmir olunarkən keçid tunellərində neftçilərin əməyini, Bakı neftinin tarixdə rolu, müstəqil Azərbaycanın neft starategiyasını və Ümummilli Lider Heydər Əliyevin bu peşə sahiblərinə verdiyi tarixi qiyməti əks etdirən pannolar yerləşdirilib. Bir məqamı da diqqətinizə çatdırım ki, Ulu Öndər Heydər Əliyev "Neftçilər" stansiyasının açılışında iştirak edib.
  • Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış araşdırmalar zamanı Azərbaycan Respublikasının vətəndaşı, Rusiya Federasiyasının Murmansk şəhərində yaşamış, 1988-ci il təvəllüdlü Əskərov Bəhruz Əliməmməd oğlunun digər şəxslərlə əlaqəyə girərək ölkə ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətləri etməklə müşayiət olunan terror aktı törətməyə hazırlıq görməsinə əsaslı şübhələr yaranıb. Müəyyən edilib ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib.