• Səhiyyə Nazirliyi və nazirliyin akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) birgə təşkilatçılığı ilə aprelin 19-dan 21-dək Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir. AZƏRTAC xəbər verir ki, beynəlxalq tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, Milli Məclisin deputatları, Azərbaycan Tibb Universitetinin tələbələri, ali təhsil və tibb müəssisələrinin nümayəndələri, tanınmış elm xadimləri və “ETKİ könüllüləri” iştirak edirlər. Birinci Türk Dövlətləri Kardioloji Qurultayına Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası, Türkmənistan, Bosniya və Herseqovina, Şimali Kipr Türk Respublikasından kardiologiya sahəsində ixtisaslaşmış elmi və tibb müəssisələrinin, eləcə də peşəkar cəmiyyətlərin rəhbərləri və nümayəndələri qatılıblar.
  • Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin və Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub. AZƏRTAC xəbər verir ki, noyabrın 24-dək davam edəcək 60-cı Venesiya Biennalesi “Əcnəbilər hər yerdədir” (“Foreigners Everywhere”) şüarı altında keçirilir. Azərbaycan pavilyonu Venesiyada 16-cı əsrin memarlıq abidələrindən olan Campo della Tanada yerləşir və “Xəzərdən Çəhrayı Planetə. Mən buradayam” (“From Caspian to Pink Planet: I Am Here”) mövzusunda təşkil olunaraq, biennalenin şüarını özündə əks etdirir.
  • 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib.
  • Avstraliyalı internet fəalı Cullian Assanjın adı uzun illərdir beynəlxalq aləmə yaxşı tanışdır. Dünya mediası onu 2010-cu ildə Amerika Birləşmiş Ştatları rəhbərliyinin fəaliyyəti barədə minlərlə məxfi sənədi təsisçisi olduğu Vikiliks saytı vasitəsilə yaymağa başlamasından sonra tanıdı. Elə bundan sonra təqiblərə məruz qalan Assanj Ekvador səfirliyində siyasi sığınacaq alaraq düz 7 il yaşadı.
  • Xəzər dənizinin Azərbaycana məxsus hissəsində süni torpaq sahələri yaradılması ehtimalı var. Bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasının gündəliyində “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsində öz əksini tapıb. Bəs bu sahələr hansı məqsədlər üçün istifadə ediləcək?